"Yuventus"un futbolçusu Pol Poqba antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb.

30 yaşlı yarımmüdafiəçi 4 il müddətinə futboldan uzaqlaşdırılıb. Qeyd olunur ki, məhkəmə maddənin təsadüfən qəbulu ilə bağlı müdafiə variantına inanmayıb.

Qeyd edək ki, o daha öncə də antidopinq qaydalarını pozduğuna görə müvəqqəti olaraq futboldan uzaqlaşdırılıb.

Poqba 2022-ci ilin iyulunda  “Mançester Yunayted”dən “Yuventus”a transfer olunub.

O, 2012-2016-cı illərdə azad agent kimi çıxış etdiyi komanda ilə müqavilə imzalayıb. "Yuventus"la birlikdə fransalı 4 dəfə İtaliya çempionu olub, 2 dəfə Kubokunu və 3 dəfə ölkə Superkubokunu qazanıb. Yarımmüdafiəçi Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionu da olub.