"Real Madrid" Səudiyyə Ərəbistanının "Əl Nəsr" və İspaniya millisinin 30 yaşlı müdafiəçisi Emerik Laportu almaq niyyətindədir.

İqtisadiyya.az xəbər verir ki, "Əl Nəsr" Laportun keçən il onun üçün İngiltərə "Mançester Siti"sinə ödədiyi məbləğə, 27 milyon avroya satmağa hazırdır.

Emerik Laport kral klubunda oynamaq üçün müqaviləni pozmağa hazırdır.

Almaniyada keçirilən AÇ-2024-də Laport 6 matçda iştirak edib və İspaniya yığması ilə Avropa çempionu olub.

"Transfermarkt" onun transfer dəyərini 20 milyon avro qiymətləndirir.