Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiya Oyunlarının büdcəsi 11 milyard avro olaraq qiymətləndirilir.

İqtisadiyyat.az bu barədə "Ouest-France" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, bu məbləğ ilkin büdcədən təxminən iki dəfə çoxdur. Nəşrin qeyd etdiyi kimi, xüsusən də dövlət xərcləri (2,3 milyard avrodan 4,6 milyard avroya) artıb.

Eyni zamanda açılış mərasimi üçün xərclər təxminən 122 milyon avroya çatıb.

Qeyd edək ki, Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

 

Gözəl Həşimova