Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İqtisadiyyat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçilərinin potensial rəqibləri bilinib.

Püşkatma zamanı səpələnmişlər arasında yer alan “Sabah” – “Makkabi” (Hayfa, İsrail) cütünün qalibi “Sent Patriks” (İrlandiya) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibinə rəqib olacaq.

“Zirə” ilə “Dunayska Streda” (Slovakiya) arasında baş tutacaq qarşılaşmaların güclüsü 3-cü raundda “NK Osiyek” (Xorvatiya) – “Levadiya” (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Sumqayıt” – “Fehervar” (Macarıstan) cütünün qalibi isə “Omoniya” (Kipr) – “Torpedo” (Kutaisi, Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

Hər üç təmsilçimizin təşkil etdiyi cütün qalibləri ilk oyunlarını səfərdə keçirəcək.

Qeyd edək ki, Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək