Avropa Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb.

İqtisadiyyat.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi bəlli olub.

2-ci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la qarşılaşacaq ağdamlılar rəqibinə məğlub olarsa, Avropa Liqasına yuvarlanacaq və orada “Ludoqorets” (Bolqarıstan) – “Dinamo” (Minsk, Belarus) cütünün məğlubu ilə qarşılaşacaq.

Avropa Liqasında 3-cü raundun oyunları avqustun 8-də və 15-də keçiriləcək