Yaponiyanın qadın gimnastika komandasının kapitanı Şoko Miyata siqaret çəkdiyi və içki qəbul etdiyi üçün evə göndəriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “RMC Sport” xəbər verir.

Yaponiya Gimnastika Assosiasiyası bununla bağlı araşdırma aparıb. Şoko ilə söhbət zamanı idmançının özü deyilənləri təsdiqləyib. Beləliklə, Miyata komandanın davranış kodeksinə məhəl qoymadığına görə xaric edilib.

Qeyd edək ki, hazırda Yaponiya yığması Olimpiya Oyunlarına hazırlaşmaq üçün Monakoda toplanışdadır. Miyata çərşənbə günü mediaya açıq olan məşqə gəlməyib. Bundan sonra isə o, oyunlarda iştirakdan imtina etdiyini bildirib.

Şoko Miyatanın 19 yaşı var. Yaponiyada 20 yaşa qədər siqaret çəkməyə qadağa qoyulub. 2022-ci il Dünya Çempionatında gimnast bürünc medal qazanıb.

Parisdə gimnastika üzrə turnir iyulun 27-də başlayacaq və avqustun 5-də başa çatacaq