Azercell yeni ildə olacaq bəzi dəyişikliklər üçün abunəçiləri məlumatlandırıb.

İqtisadiyyat.az xəbər verir ki, baş verən dəyişikliklər 3 və 8 yanvar 2019-cu ildən qüvvəyə minəcək.
3 yanvar 2019-cu ildən Türkiyə və Gürcüstanda olan abunəçilər üçün rominq xidmətindən istifadəyə görə vahid xidmət haqqı tətbiq olunacaq. Həmin xidmət haqqı hər MB-a görə 99 qəpik təşkil edəcək. Xatırladaq ki, hazırda bu istiqamətlərlə rouminq internetinin qiyməti hər MB üçün 55 qəpikdir. Başqa sözlə, gələn ildən rouminq internet iki dəfə bahalaşacaq.

Digər dəyişiklik «Azercell»in tarif paketlərində baş verəcək. Elana əsasən, 8 yanvar 2019-cu ildən “Biznes 200” tarif paketinə qoşulma dayandırılacaq. Bundan başqa, “Hər yerə” tarif paketinde hesablama intervalı 30 saniyə,”Dövlətcell” tarif paketində isə hesablama intervalı 15 saniyə olacaq. Xatırladaq ki, indiyədək “Hər yerə” tarif paketinde hesablama intervalı 15 saniyə,”Dövlətcell” tarif paketində isə hesablama intervalı 1 saniyə idi. Başqa sözlə, bu sahədə də tariflərin dolayısı ilə bahalaşması baş verəcək.

90889