Dünəndən başlayaraq, Azərbaycanın rayonlarında soyuq hava və qar yağışı müşahidə edilir. 

İqtisadiyyat.Az-ın məlumatına görə, Zaqatala, Qax və Gədəbəy rayonları ağ örpəyə bürünüb. 

Qeyd edək ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosu Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağıntısının gözlənilməsi barədə məlumat yayıb.