"WhatsApp" messenceri profil şəklinin ekran görüntüsünü çəkməyi qadağan edən funksiya tətbiq etmək niyyətindədir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb.

Yeni qayda digər istifadəçilərin hesab sahibinin razılığı olmadan profil şəkillərini yükləmək və yaymaqdan qoruyacaq. Belə ki, messencerdə ekran görüntüsü götürülən zaman bu hərəkətin bloklandığı barədə bildiriş görünəcək.

 

Gözəl Həşimova