1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti hal-hazırda 13.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. 2019-cu ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Anbardar köməkçisi (Avtonəqliyyat vasitələrinin ehtiyat hissələri üzrə)

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Orta təhsil (Ali təhsil üstünlükdür)
Yaş həddi: 24-40

İşin Təsviri: Avtonəqliyyat vasitələrinin ehtiyat hissələri anbarında ehtiyat hissələrinin mədaxil, məxaric işlərinin icrası.

Vəzifə öhdəlikləri:

- Yeni alınmış ehtiyat hissələrini qaimə-faktura əsasında yoxlayaraq anbara qəbul etmək;
- Yoxlanılmış qaimə-fakturaları sistemə daxil edilməsi üçün anbardara təqdim etmək;
- Mallar yoxlanılıb qəbul edildikdən sonra müvafiq anbar rəflərinə yığılması işlərini təşkil etmək;
- Anbarda yüklərin qəbulu, yerləşdirilməsi və buraxılması işlərini təşkil edən zaman anbar sahələrindən səmərəli istifadə edilməsi, səliqəli saxlanması, materialların axtarılmasının asanlaşdırılması, tezləşdirilməsi amillərini nəzərə almaq;
- Yüklərin anbara qəbulu zamanı faktiki miqdarını, qablaşdırılmanın vəziyyətini və sənədlərlə uyğunluğunu yoxlamaq, kənarlaşmalar olduqda anbardara və təchizatçıya (tədarükçüyə) məlumat vermək;
- Yükləri yalnız uyğunsuzluqlar aradan qaldırıldıqdan sonra anbara qəbul etmək;
- Mağazalardan gələn tələbləri müvafiq mağaza üzrə çeşidləmək və nəqliyyat vasitələrinə yığılmasına nəzarət etmək;
- Rəhbərliyin verdiyi digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

- MS Excel proqram biliyi;
- Avtonəqliyyat vasitələrinin ehtiyat hissələri haqqında yaxşı səviyyədə biliklər.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, saat 09:00-dan 18:00-a kimi

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Anbardar köməkçisi” yazıb göndərməklə müraciət edə bilərsiniz.