Vətən müharibəsi iştirakçılarının uşaqlarının dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilməsi təklif olunur.

Bununla bağlı “Məktəbəqədər təhsil haqqında” qanunun 8-ci maddəsinə dəyişiklik təklif edilir.

Bununla da dövlət məktəbəqədər təhsil müəssisəsinə ilk növbədə qəbul edilən uşaqların əhatə dairəsi genişləndirilir.

Layihə parlamentin növbədənkənar iclaslarında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, həmin qanunun 8.9-cu maddəsinə görə, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, şəhid ailələrinin, Qarabağ müharibəsi iştirakçılarının və bununla əlaqədar əlilliyi olan şəxslərin, tək işləyən valideynlərin, I və II dərəcə əlilliyi olan şəxslərin, hərbi xidmətdə olan valideynlərin, təhsilalan anaların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul edilirlər.