Bakıda fəaliyyət göstərən "By Folyo Master Enes Güldane" şirkəti nizamnamə kapitalını kəskin azaldır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

MMC nizamnamə kapitalı dəyərinin azaldılaraq 100 manat məbləğində müəyyən edildiyini elan edib.

Qeyd edək ki, sözügedən şirkət bu ilin aprel ayında türkiyəli cütlük Enes Osman və Güldane Erhan tərəfindən yaradılıb. Şirkətin indiyədək nizamnamə kapitalı 50 000 manat olub.

Şirkət Bakıda avtomobillərin kimyəvi təmizləmənməsi, plyonka və keramika ilə təchiz olunması, eləcə də digər xidmətlərlə məşğuldur.