“Dop Dolu” Məhdud Məsuliyyətli Cəmiyyəti müflisləşib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət müflis elan edilməsi və əmlak inzibatçısı təyin olunması barədə ərizə yazıb.

Ərizə Bakı Kommersiya Məhkəməsinin icraatına qəbul edilib.

Həmin iş üzrə məhkəmə iclası Bakı Kommersiya Məhkəməsinin inzibati binasında keçirilməklə iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, “Dop Dolu” 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Kəngərli Çingiz Elşad oğludur.