“Bakı Yastıq Zavodu” ASC-nin rəhbərliyi dəyişir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin səhmdarlarının ümumi yığıncağında müzakirələr aparılacaq.

Belə ki, avqustun 10-da “Bakı Yastıq Zavodu” ASC səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Yığıncaqda Təftiş komissiyasının və İdarə heyətinin hesabatı müzakirə olunacaq.

Eyni zamanda Direktorlar şurasının və sədrinin seçilməsi, İdarə heyətinin və sədrinin seçilməsi və Təftiş komissiyasının və sədrinin seçilməsi məsələsi də gündəliyə daxil edilib.

Qeyd edək ki, “Bakı Yastıq Zavodu” 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 253 922 manatdır və qanuni təmsilçisi İmam Əhmədovdur.