İtaliya Almaniyanın silah istehsalçısı "Rheinmetall"dan 20 milyard avro dəyərində tank və piyada döyüş maşınları sifariş etməyi planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Handelsblatt" qəzetinə istinadən xəbər verir.

Müqavilə bağlanarsa, bu, şirkətin tarixində ən böyük müqavilə olacaq.

Məlumata görə, İtaliya istehsalçıdan 350 "Lynx" piyada döyüş maşını və 200-dən çox "Panther" tankı almaq istəyir. Təxmini çatdırılma müddəti isə 15 ildir.

 

Gözəl Həşimova