Ötən il Rusiyadan almaz ixracı 12% azalaraq 32,4 milyon karata düşüb. Halbuki, 2022-ci ildə bu göstərici 36,7 milyon karat olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Kimberley Process" məlumat yayıb.

Məlumata görə, tədarükün dəyəri 3,87 milyard dollardan 3,7 milyard dollara qədər azalıb. Hesabat dövründə Rusiyada almaz istehsalı 11% azalaraq 37,3 milyon karata enib.

Qurumun məlumatına əsasən, 2023-cü ildə almazın ən böyük ixracatçısı 30% payla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) olub. Avropa İttifaqı isə ikinci ən böyük almaz ixracatçısı olub və onun payı 17% təşkil edib.

 

Gözəl Həşimova