"Ukraynaya hərbi təyyarələrin verilməsi aktual məsələ deyil".
İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Y. Stoltenberq müdafiə nazirlərinin iclasından əvvəl verdiyi açıqlamada deyib.
O qeyd edib ki, Ukraynaya hərbi təyyarələrin verilməsi indi vacib mövzu deyil, lakin bu iclasda müzakirəyə çıxarılacaq:
"Ukraynanın ağır silahlara, tanklara, modern silahlara, havadan müdafiə sistemlərinə ehtiyac var".