“Ukraynanın Kiyev və Xarkov şəhərlərində olan soydaşlarımız oradan təxliyə edilərək Moldovaya gətirilib. İki qatarla gələn soydaşlarımız Moldova sərhədində qarşılanıb və onların ümumi sayı 1600 nəfərdir”.

Bunu açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib. 

O bildirib ki, həmin soydaşlarımız Buxarestə göndəriləcək:

“Soydaşlarımızı bombaların içindən çıxarıb Rumıniya sərhədinə gətirdik. Sənədlərin qaydasında olmaması bizə çətinlik yaradır. Həm Moldova, həm də Rumıniya sərhədindən nümayəndələr qarşılıqlı danışıqlar aparıb. Azərbaycanlılara Rumıniyada sənədlərin qaydasına salınması üçün 5-8 gün lazımdır və bu müddət ərzində zəruri şərait yaradılacaq”.

Səfir qeyd edib ki, Ukraynada təxminən 500 min azərbaycanlı varsa, onların 300 mini qadınlar və uşaqlardır:

“İstanbula göndərilən soydaşlarımız oradan avtobus ilə Azərbaycana gedə bilər. Hələ bu, təxmini rəqəmlərdir. Bu gün Moldovadan 180 nəfərlik təyyarə ilə qadınları, körpələri çıxaracağıq”.