Türkiyədə yaşı 65-dən yuxarı şəxslərin çölə çıxmasına məhdudiyyət qoyuldu.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, 22 martdan etibarən yaşı 65-dən yuxarı olanların və xroniki xəstəliyi olan şəxslərin çölə çıxmalarına, park və bağça kimi açıq yerlərdə gəzmələrinə məhdudiyyət qoyulur. Məhdudiyyət qoyulan insanların ehtiyaclarının qarşılanması üçün "Vəfa Sosyal Dəstək Qrupu" qurulacaq.