Avrozonada avqustda istehlak qiymətləri illik ifadədə 2,2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa İttifaqının statistika idarəsi (Eurostat) ilkin məlumatları açıqlayıb.

Məlumata görə, bölgədə inflyasiya iyul ayı ilə müqayisədə 2,6% azalıb.

Avrozona ölkələri arasında ən yüksək inflyasiya Belçikada (illik ifadədə 4,5%), ən aşağı inflyasiya Litvada (0,7%) qeydə alınıb. Almaniyada istehlak qiymətləri 2%, Fransada 2,2%, İtaliyada 1,3%, İspaniyada 2,4% artıb.

Avqust ayı üzrə yekun inflyasiya məlumatları sentyabrın 18-də açıqlanacaq.

 

Sadiq Cavadov