Avropa İttifaqının (Aİ) Ukraynaya hərbi yardımı 43,5 milyard avroya çatıb.

İqtisadiyyat.az xəbər verir ki, bunu 27 icma ölkəsinin müdafiə nazirlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında Aİ diplomatiyasının rəhbəri Cozep Borrell deyib.

"Ümumi hərbi yardım indi 43 milyard avronu keçərək 43,5 milyard avro olub", - deyə o bildirib.

Borrell əlavə edib ki, Aİ-nin hərbi və mülki yardımı artıq təxminən 100 milyard avro təşkil edib.

Borrell həmçinin vurğulayıb ki, Aİ ölkələri Ukraynaya hərbi yardımın çatdırılmasını sürətləndirməlidir. O qeyd edib ki, sentyabr-oktyabr aylarında, yəni mandatının müddəti bitənə qədər Ukraynaya səfər etməyi planlaşdırır.