Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin "TikTok"dan istifadəsini qadağan edən qanun layihəsi qəbul olunub.

İqtisadiyyat.az yerli mediaya istinadən xəbər verir ki, qərar Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyası tərəfindən təsdiqlənib.

Qeyd edilib ki, qanun “TikTok”un hərbi personala təsirlərini və təhlükəsizlik risklərini nəzərə alaraq qəbul edilib.

Bildirilib ki, burada məqsəd Türkiyə Silahlı Qüvvələrinin rəqəmsal təhlükəsizliyini və əməliyyat bütövlüyünü təmin etməkdir.