Bu ilin ikinci rübündə "Ford"un elektrikli avtomobil satışı 61% artaraq 23 957 ədəd təşkil edib.  

İqtisadiyyat.az bu barədə "CNBC"ə istinadən xəbər verir.

Hesabat dövründə şirkətin ümumi avtomobil satışları 1% artıb. Bu artım yük maşınlarının satışının 5% artması hesabına baş verib.

Dövr ərzində şirkət cəmi 308,920 avtomobil satıb. Bu, şirkətin 2019-cu ildən bəri ən yaxşı ikinci rüb performansıdır.

Bununla yanaşı, hibrid avtomobillərin satışı 56% artaraq 53 822 ədəd təşkil edib ki, bu da rüb üzrə satış rekordudur.

 

Gözəl Həşimova