"Tesla" 2025-ci ilin ortalarında "Redwood" adı altında yeni elektrikli avtomobil modelini buraxmağı planlaşdırır.

Bu barədə İqtisadiyyat.az "Reuters"ə istinadən xəbər verir.

Məlumata görə, avtomobilin başlanğıc qiymət təxminən 25 min dollar olacaq. Avtomobilin aşağı qiyməti şirkətə ötən ilin son rübündə satışlarda onu qabaqlayan "BYD" kimi Çin rəqibləri ilə rəqabət aparmağa imkan verəcək.

Bildirilib ki, "Tesla" həftədə təxminən 10 min yeni nəsil elektrik avtomobil istehsal etmək niyyətindədir.

 

Gözəl Həşimova