“Şuşa şəhəri minalardan tam təmizlənib, amma vətəndaşlar hər ehtimala qarşı ehtiyatlı olmalıdırlar”.

“Report” xəbər verir ki, bunu bu gündən həyata keçirilən Bakı-Şuşa-Bakı müntəzəm avtobus reyslərinin ilk sərnişinlərinin qarşılanma mərasimində şəhərin polis rəisi Səməd Məhərrəmov deyib.

“Vəzifə borcumdur ki, sizə bildirim - səfər vaxtı haradasa döyüş sursatları görə bilərsiniz. Bunu sizi müşayiət edən polis əməkdaşlarına dərhal bildirin”, - deyə o bildirib.