Sam Altman “OpenAI”nin (Süni intellekt araşdırma şirkəti) baş direktoru vəzifəsinə qayıdacaq.

İqtisadiyyat.az “The Washington Post"a istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.

“Biz Samın “OpenAI”a CEO kimi qayıtması üçün prinsipial razılığa gəldik. Bu müddət ərzində göstərdiyiniz səbrə görə çox sağ olun”, - deyə “OpenAI”dən bildirilib.

Qeyd edək ki, bir neçə gün öncə “OpenAI” şirkəti Sam Altmanı baş direktor vəzifəsindən qovub. Buna səbəb idarə heyətinin onun liderlik qabiliyyətinə olan inamını itirməsi və qeyri-səmimi danışıq tərzi olub. Şirkətin təxminən 770 işçisi buna etiraz əlaməti olaraq işdən çıxacaqlarını bildiriblər.

 

Sadiq Cavadov