Rusiyanın Sankt-Peterburq şəhərinin və Leninqrad vilayətinin səmasında 200 kvadrat kilometr hava məkanı bağlanıb. Mülki təyyarələr gözləmə zonasına köçürülüb.

İqtisadiyyat.az bildirir ki, şəhərin Pulkovo hava limanı heç bir təyyarəni qəbul etmir. Buna səbəb səmada naməlum uçan obyektin müşahidə edilməsidir. Şəhərdə "xalça" adlandırılan xüsusi plan tətbiq edilib. Bu plan hərbi və xilasedici təyyarələr istisna olmaqla, havada olan bütün təyyarələrin dərhal enməsi və ya ərazidən çıxarılmasını tələb edir.

Eyni zamanda bu, yalnız hansısa təyyarənin qeyri-qanuni sərhədi keçməsi və ya UNO göründüyü zaman elan edilir. Yerli media səmaya qırıcıların qaldırıldığını iddia edir.

Baş verənlərlə bağlı rəsmi məlumat verilməyib.