Rusiyanın 2030-cu ilə qədər dünyanın dördüncü ən böyük iqtisadiyyatı olaraq qalması üçün ümumi daxili məhsulun (ÜDM) artımı hər il ən azı 3 faiz bəndi olmalıdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Sberbank"ın rəhbəri German Qref Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, hazırda Rusiya qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 3,5%-ni təşkil edir:

"Dünyanın ən böyük iqtisadiyyatları arasında yer baxımından rəqiblərimiz, ilk növbədə, Almaniya və Yaponiyadır. Bundan əlavə, Braziliya və İndoneziya əhəmiyyətli dərəcədə sürətlə böyüyür, əgər biz iqtisadi artım tempini sürətləndirməsək, növbəti beş ildə onlar mütləq bizim yerimizi tutacaqlar”.

 

Gözəl Həşimova