2022-ci ildə dünyada ən böyük ümumi daxili məhsula (ÜDM) sahib ölkələrin siyahısı açıqlanıb.

Bu barədə İqtisadiyyat.az dünya statistikasında araşdırma aparıb.

2022-ci ildə ABŞ 25,4 trilyon dollarlıq ümumi daxili məhsulla dünyanın ən böyük iqtisadiyyatına sahib olub. ABŞ İkinci Dünya Müharibəsindən bəri ardıcıl olaraq dünyanın ən böyük iqtisadiyyatı olur.

Çin təxminən 17,8 trilyon dollar ilə bu siyahıda ikinci yerdə qərarlaşıb.

Dünyanın 20 ən böyük iqtisadiyyatını əhatə edən qalan ölkələrin hamısının ÜDM-i 800 milyard ilə 5 trilyon dollar arasında dəyişib.

Hesabat dövründə Türkiyə Tayvanı siyahıdan kənarlaşdıraraq 19-cu yerə yüksəlib.

Ümumillikdə qlobal ümumi daxili məhsul demək olar ki, 95 trilyon dollar təşkil edib və ABŞ bu rəqəmin beşdə birindən çoxunu təşkil edib. Dünyanın ən böyük 12 iqtisadiyyatına Yeddilik Qrupunun (G7) bütün iqtisadiyyatları daxildir.

Bəs dünyanın ən böyük iqtisadiyyatları hansılardır?

Ölkə

ÜDM həcmi

ABŞ

25,4 trilyon dollar

Çin

17,8 trilyon dollar

Yaponiya

4,2 trilyon dollar

Almaniya

4 trilyon dollar

Hindistan

3,3 trilyon dollar

Böyük Britaniya

3 trilyon dollar

Fransa

2,7 trilyon dollar

Rusiya

2,2 trilyon dollar

Kanada

2,1 trilyon dollar

İtaliya

2 trilyon dollar

Brazilya

1,9 trilyon dollar

Avstraliya

1,7 trilyon dollar

Koreya

1,6 trilyon dollar

Meksika

1,4 trilyon dollar

İspaniya

1,4 trilyon dollar

İndoneziya

1,3 trilyon dollar

Səudiyyə Ərəbistanı

1,1 trilyon dollar

Niderland

1 trilyon dollar

Türkiyə

905,8 milyard dollar

İsveçrə

818,4 milyard dollar

 

 

Gözəl Həşimova