“Qlobal iqtisadiyyat ciddi, əsaslı dəyişikliklər dövrünə qədəm qoyub, dövlətlər və şirkətlər arasında yeni inkişaf mərkəzləri, investisiya və maliyyə əlaqələri ilə çoxqütblü dünya formalaşır”.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) plenar iclasında bildirib.

Onun sözlərinə görə, Rusiya iqtisadiyyatı bu çağırışlara cavab verir və dinamik şəkildə dəyişir.

Putin onu da qeyd edib ki, Rusiya bundan sonra da cəmiyyətdə və iqtisadiyyatda müsbət dəyişikliklərə dəstəyi artıracaq.

 

Gözəl Həşimova