Böyük Britaniyanın iqtisadi artımı aprel ayında 0% təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Milli Statistika İdarəsinin hesabatında deyilir.

Məlumata görə, iqtisadi artımın olmamasına ilk növbədə hava şəraiti təsir edib.

Aprel ayı Britaniyada son 12 ilin ən rütubətli ayı olub. Bu, ölkədə tikinti sənayesinin 1,4% , pərakəndə ticarət dövriyyəsinin isə 2,3% azalmasına səbəb olub.

 

Gözəl Həşimova