"Sabirabad Pilot Aqropark 2020-ci ildə yaradılıb. Aqroparkın yaradılmasında məqsəd aqrar sahədə inkişafın sürətləndirilməsi, kənd təsərrüfatı məhsullarına olan təlabatın ödənilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, ixracyönümlü məhsulların istehsalının artırılması, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir".

İqtisadiyyat.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib.

O bildirib ki, "Orta fermer təsərrüfatının aqrar-sənaye klasterlərinə inteqrasiyası" layihəsi çərçivəsində yaradılan Sabirabad Pilot Aqroparkın ərazisi 7544 hektar təşkil edir. Sədrin sözlərinə görə, Aqropark Hazırda 8 sahibkarlıq subyektinə Aqroparkın rezidentliyi statusu verilib: "Rezidentlər tərəfindən 3131 ha sahədə əkin işləri görülüb. İndiyədək görülən işlərə 7.4 milyon manat investisiya yatırılıb, 86 daimi, 113 mövsümi iş yeri yaradılıb. Aqroparkda müasir suvarma sistemlərinin tətbiqi ilə meyvəçilik (zeytun, nar), toxumçuluq (buğda, arpa), heyvandarlıq, taxılçılıq və pambıqçılıq təsərrüfatlarının yaradılması istiqamətində işlər aparılır".