Azərbaycanla İspanyanın "İndra Sistemas" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov şirkətin vitse-prezidenti Luis Permuy ilə görüş keçirib.

Görüşdə "Indra Sistemas" şirkətinin ölkəmizdə həyata keçirdiyi layihələr və Azərbaycanda istehsalın lokallaşdırılması üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparılıb, qarşıdakı dövrdə əməkdaşlıq planları müzakirə edilib.

İT və kommunikasiya xidmətləri, İT konsaltinq, avtomatlaşdırılmış sınaq avadanlıqları və digər sahələrdə ixtisaslaşmış İspaniyanın “Indra Sistemas" 46 ölkədə fəaliyyət göstərməklə 140-dan çox ölkə ilə biznes tərəfdaşlığı qurub.