Kənd təsərrüfatı məhsullarının yığımı davam edir.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkədə kartof əkin sahələri azalıb.

Belə ki, bu il iyunun 1-i vəziyyətinə 46,7 min hektar sahədə kartof əkilib. Ötən il isə kartof əkin sahələri 49 min hektar olub.

İyun ayının 1-nə kimi tarlalardan 160,2 min ton kartof yığılıb. Bu, keçən ilin müvafiq dövrünə nisbətən 6,9 faiz azdır.