Dağıstanda törədilən terror aktları regionda sabitliyi poza bilər.

İqtisadiyyat.az xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov TASS-a müsahibəsində söyləyib.

Onun sözlərinə görə, KTMT Katibliyi Mahaçqala və Dərbənddə baş vermiş faciəli hadisələrlə bağlı xəbəri dərin kədər hissi ilə qarşılayıb.

“Rusiya Dağıstandakı terror aktlarından sonra yardım istəsə, müttəfiqlər kənarda durmayacaqlar, xüsusilə də bu cür ekstremist və terrorçu qrupların təşkilatlanmasının şəbəkə xarakterini nəzərə alsaq, belə hadisələr regional səviyyədə sabitliyi xeyli poza bilər”, - o deyib.