Rumıniyada 5,2 bal maqnitudalı zəlzələ olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 97,1 min nəfərə yaxın insanın yaşadığı Tarqu Jiu şəhərindən 14 km şimal-qərbdə, 8 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.