Nazirlər Kabineti yanında Operativ Qərargah yeni qərar qəbul edib. 

Qərara əsasən, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunan məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). 

Qərar sentyabrın 8-i saat 00:00-dan qüvvəyə minəcək.