Dünya bazarlarında qızılın qiyməti demək olar ki, dəyişməyib və unsiyası 1 700 ABŞ dollarından yuxarı qalmaqdadır. Treyderlərin əsas diqqəti dünya banklarının yüksək inflyasiya fonunda uçot dərəcəsi ilə bağlı qərarlarına yönəlib.

Nyu-Yorkun “Comex” birjasında qızılın avqust fyuçersləri 0,16 %, yaxud 2,7 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 707,5  ABŞ dollarına satılıb. Gümüşün sentyabr fyuçerslərinin qiyməti isə 1,13 % düşərək 1 unsiyası 18,628 ABŞ dolları təşkil edib.

Yüksək inflyasiya fonunda dünya ölkələrinin mərkəzi banklarının monetar siyasəti bazarlarda əsas mövzu olaraq qalmaqdadır. Mərkəzi banklar qiymət artımının qarşısını almaq üçün uçot dərəcələrini artırmağa meyl göstərir, bu isə mümkün resessiya ilə bağlı narahatlıqları artırır.

Gələn həftə ABŞ Federal Ehtiyatlar Sisteminin (FES) növbəti iclası keçiriləcək. Analitiklər hesab edirlər ki, iclasda uçot dərəcəsinin 75 baza bəndi səviyyəsində arrtılaraq 2,25-2,5 %-ə çatdırılacaq.