“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller sabah İrana gedəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İranın Moskvadakı Səfirliyi məlumat verib.

Bildirilib ki, “Qazprom” şirkətinin rəhbəri İranın neft və qaz sektorunun yüksək vəzifəli rəsmiləri ilə görüşmək üçün sabah Tehrana səfər edəcək.