Qarabağ Universiteti 2024/2025-ci tədris ilində Humanitar və sosial elmlər fakültəsi, Pedaqoji fakültə üzrə tələbə qəbulu həyata keçirəcək.

Bu barədə İqtisadiyyat.az-a universitetdən məlumat verilib.

Bildirilib ki, Humanitar və sosial elmlər fakültəsi üzrə tələbə qəbulu tarix, psixologiya, hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə aparılacaq.

Pedaqoji fakültə üzrə tələbə qəbulu riyaziyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, xarici dil müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasları üzrə aparılacaq.