Azərbaycanın əməkdar müəllimi Əfsər Məmmədov vəfat edib. 

İqtisadiyyat.az-ın məlumatına görə, o, 88 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ə.Məmmədov 1936-cı ildə Masallı rayonunda anadan olub. O, uzun müddət təhsil sahəsində çalışıb. Sonuncu iş yeri Ərkivan qəsəbə 2 saylı tam orta məktəb olub.