Vakansiya haqqında məlumat:

Struktur bölmə: Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamenti, Müştəri xidmətləri şöbəsi
Vəzifə: Müştəri xidmətləri şöbəsinin kiçik mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 3 mart 2021

Vəzifə Öhdəlikləri:

1. Müştəri xidmətləri və şirkətə daxil olan zənglərin qeydiyyata alınması, həll edilməsi və müştərilərə geri bildirim təqdim olunması;
2. Müvafiq şöbələrlə sorğuların həll olunması istiqamətində əməkdaşlıq etmək və son icra tarixinin izlənilməsi
3. Onlayn/şəxsi kabinet/rəsmi veb səhifədən daxil olan müraciətlərin standartlara uyğun yazılı cavablandırılması
4. Cəmiyyətin fərdi və korporativ müştəriləri ilə müqavilələrin/əlavələrin/hesab fakturaların hazırlanması və yenilənməsini təmin etmək;

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb olunmur
Təhsili/ixtisası: İstənilən sahə üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili - əla; rus dili - əla; inqilis dili-orta
Üstünlüklər: Müştəri xidmətləri sahəsi üzrə iş təcrübəsi
Kompüter bilikləri: MS Office: əla
Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.