Heydər Xanış oğlu Əsədov Azərbaycan Dövlət Dəniz Akademiyasına yenidən rektor təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, Heydər Əsədov 1959-cu il oktyabr ayının 24-də anadan olub. O, bundan əvvəl ilk dəfə 2019-cu ildə 5 il müddətinə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin olunub. 

H.Əsədov əvvəllər Baş Dövlət Xəzinədarlığının Baş direktoru, maliyyə nazirinin müavini, Hesablama Palatasının Sədri və kənd təsərrüfatı naziri vəzifələrində çalışıb.