Azərbaycanlı hakim Aygül Abdullayeva Estoniyanın paytaxtı Tallində keçirilən taekvondo üzrə “Prezident Kuboku”nda mükafata layiq görülüb.

İqtisadiyyat.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, beynəlxalq dərəcəli referi yarışın ən yaxşı ədalət təmsilçisi seçilib.

O, fəxri fərman və kubokla təltif olunub.

Qeyd edək ki, Azərbaycan millisi “Prezident Kuboku”nu 12 medalla başa vurub.