Parlamentin payız sessiyasında ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. 

Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib. 

Deputat qeyd edib ki, bu ilin noyabr ayında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunun icrası ilə bağlı dinləmə keçirilməsi nəzərdə tutulur.

“Bilirik ki, qanun qəbul olunsa da, tütün məmulatlarının istifadəsi qadağan olunan yerlərdə hələ də siqaret çəkilir. Bu sahədə maarifləndirmə işlərinin gücləndirilməsi vacibdir”, - deyə M.Quliyev əlavə edib. 

Deputat söyləyib ki, həmçinin sosial sığorta və məşğulluqla bağlı da dinləmələrin keçirilməsi planlaşdırılır.oxu.az