Özbəkistan prezidenti Şavkat Mirziyoyev bölgələrdən birinin yolunu yoxlamaq qərarına gəlib.

İqtisadiyyat.az dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu münasibətlə dövlət başçısı həmin yolda avtomobil idarə edib.

O, Baysun-Denov marşrutu üzrə yolların keyfiyyəti ilə bağlı vətəndaşlardan daxil olan şikayətləri nəzərə alaraq belə bir sınaq keçirmək qərarına gəldiyini bildirib. Özü sükan arxasına keçən Ş.Mirziyoyev yolun nahamar hissələrindən keçərkən bu sözləri dilə gətirib: “Biz öz gözlərimizlə görürük ki, bu yollarda maşın sürmək mümkün deyil”. 

Prezident rayonun yeni təyin olunmuş merinə və digər məsul şəxslərə 15 gün ərzində müasir standartlara cavab verən keyfiyyətli yol layihəsininhazırlanmasını tapşırıb.