Bakı-Quba yolunda Belarusiya vətəndaşına məxsus "Mercedes" markalı yük avtomobili yanıb.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Bakı-Quba yolunun 28-ci kilometrliyində qeydə alınıb.

Hadisə zamanı Belarusiya vətəndaşı, 1986-cı il təvəllüdlü Şurup Dmitri İzabitoviçə məxsus "Mercedes" markalı yük avtomobili yanıb.

Hadisə yerinə FHN-nin Dövlət Yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb olunub.

Yanğın söndürülüb.

Hadisənin səbəbi araşdırılır.