Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni klubu müəyyənləşib.

İqtisadiyyat.az xəbər verir ki, 27 yaşlı hücumçu bir müddətdir danışıq apardığı Almaniyanın “Nürnberq” klubu ilə müqavilə imzalayıb.

Zaqreb “Dinamo”sundan ayrılan forvardın keçidini 2-ci Bundesliqa təmsilçisi rəsmi saytı vasitəsilə açıqlayıb. Onunla 1+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Mahir Emreli bu keçiddən əvvəl Xorvatiya klubu “Dinamo” ilə müqaviləsinə qarşılıqlı razılıqla xitam verib.