İlk dəfə ölkə əhalisi üzrə qaz və elektrikdən istifadənin statistikası açıqlanıb. İqtisadçı ekspert Rövşən Ağayev bu barədə statistikanı feysbuk profilində paylaşıb. İqtisadiyyat.az həmin paylaşımı təqdim edir.

“Maraqlı, həm də ilk dəfə ictimaiyyət üçün açıqlanan statistika...

Rəsmi məlumata görə, 2017-ci ildə ölkə üzrə elektrik enerjisi istehlakının 50%-i, təbii qaz istehlakının 42%-i Bakı, Sumqayıt və Abşeronun payına düşüb. Təbii qazın 25%-i, elektrikin 30%-i əhali tərəfindən istehlak edilib.

Ölkə üzrə təbii qaz istehlakının adambaşına illik həcmi ən az olan 5 rayon:

1. Yardımlı - 46 kubmetr 2. Lerik - 65 kubmetr 3. Daşkəsən - 128 kubmetr 4. Gədəbəy - 177 kubmetr 5. Qobustan - 209 kubmetr

Elektrik enerisinin istehlakının adambaşına illik həcmi ən az olan 5 rayon:

1. Lerik - 265 kv.saat 2. Yardımlı - 322 kv.saat 3. Daşkəsən - 597 kv.saat 4. Ağsu - 591 kv.saat 5. Balakən - 613 kv.saat”