“Kristal Abşeron” MMC İstehsalat üzrə Mühasib vəzifəsinə vakansiya elan edir.

Əmək haqqı: Müsahibə əsasənda təyin olunur

Tələblər

- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rus dili - orta
- Ali iqtisadi təhsil;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək

- 1 C yüksək səviyyədə işləmə bacarığı
- Mühasibatlıq istehsalat üzrə ən azı 2 -3 il iş təcrübəsi

Vəzifələr

- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların 1C proqramına daxil edilməsi
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq

- Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak etmək, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s .).

İş şəraiti

- İş qrafiki: 6 gün, 09:00-dan 18:00-dək

Əlaqələndirici şəxs: Samir Hacıyev

Elektron ünvan: hr@kristalabsheron.az